"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən zədələnib. 

O, Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" ilə görüşdə qolundan zədə alıb. Meydanı göz yaşları içində tərk edən 26 yaşlı qolkiper 23-cü dəqiqədə Emil Balayevlə məcburi əvəzlənib. Klubdan verilən məlumata görə qapıçının sağ qolu sınıb. Bununla da təcrübəli qapıçı üçün mövsüm başa çatıb. Qeyd edək ki, Ş.Məhəmmədəliyev bundan əvvəl ölkə çempionatının 23-cü  turunda "Səbail"lə matçda ağır zədələnmişdi.